понедельник, 12 декабря 2016 г.

“USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsinə start verilmişdir.

10 dekabr 2016-cı il tarixində Sumqayıt şəhərində “Park Restoran”-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsinə start verilmişdir. Layihə çərçivəsində lik təlim“Jurnalistika” mövzusunda keçirilmişdir. Tədbiri giriş sözü ilə  açan layihənin koordinatoru Rəşad Yunusov layihənin əsas məqsədinin ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatın ödənilməsində texniki - peşə təhsili müəssisələrinin fəaliyyətini bu vəzifələrin icrasına yönəltmək, peşə təhsilini müasir tələblər baxımından təkmilləşdirmək, sahələr üzrə  ixtisaslı kadrlar hazırlamaq, peşə təhsilini ictimaiyyət arasında təbliğ etmək, gənclərin bu sahədə bilik və bacarıqlarının  artırılmasından ibarət olduğunu bildirdi. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov çıxışında gənclərin müvafiq peşə yönümlü təlimlərə cəlb edilməsinin, onların bilik-bacarıqlarının  artırılmasının, peşə yönümlü işlə təmin edilmə imkanlarının genişləndirməsinin
 Dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd etmişdir.Təlim "168 saat" qəzetinin baş redaktoru Vüsal Məmmədov tərəfindən keçirilmişdir. V. Məmmədov  interaktiv metodla keçən təlim zamanı təlim işirakçılarına prees reliz yazılışı, məqalə yazılışı, düzgün redaktə  barədə məlumat vermişdir. Təlim iştirakçılarına  sonda sertifikatlar təqdim olunmuşdur. Qeyd edək ki, layihə çərçivəsində region gəncləri üçün video, foto çəkiliş, bloqçuluq, internet texnologiyalarından səmərəli istifadə, İKT texnologiyaları, şəbəkə çəkilişi və dizayn - proqramlaşdırma istiqamətində də təlimlər təşkil olunacaqdır.



пятница, 2 декабря 2016 г.

“Şah və Mat” layihəsi çərçivəsində keçirilən çempionata yekun vuruldu

“Şah və Mat” layihəsi çərçivəsində keçirilən çempionata yekun vuruldu




Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, dəstəyilə 26 noyabr 2016-ci il tarixində Sumqayıt şəhərində “Şah və Mat” layihəsi çərçivəsində məktəblilər arasında  keçirilən şahmat çempionatına yekun vuruldu. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Ağazadə Zaur yarışın məqsəd və nəticələrini qeyd etmiş və ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, şahmat oyunun fərqli düşünmənin, uzaq-görənliyin, təhlil etmə qabiliyyətinin və kreativliyin inkaşıfına müsbət təsirindən danışmış, iştirakçılara uğurlar arzulamışdır.
Yarışmadan öncə məktəblilərə təlim keçilmiş, italyan, isveçrə şahmat oyunları və taktiki gedişləri barədə məlumat verilmiş, mühüm gedişlər, dünya təcrübəsi, oyun zamanı buraxılan səhvlər izah edilmişdir. Yarışma olimpiya sistemi üzrə 100 nəfər iştirakçı arasında keçirilmiş və 4 saata yaxın gərgin mübarizə davam etmişdir. Yarışmada iştirak edən, lakin yer tutmayan  məktəblilərə iştirakına görə sertifikat verilmişdir. Qaliblərə isə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.