пятница, 20 февраля 2026 г.

“İngilis dili müəllimləri üçün peşəkar inkişaf- Məzmun və Dil İnteqrasiyalı Tədrisin Əsasları (CLİL) qrant layihəsi çərçivəsində layihənin icrası uğurla davam etdirilir.


Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsində "Fərdi layihələr" kateqoriyası üzrə qalib gəlmiş “İngilis dili müəllimləri üçün peşəkar inkişaf- Məzmun və Dil İnteqrasiyalı Tədrisin Əsasları (CLİL)” layihəsinin növbəti uğurlu təlimi baş tutmuşdur.

Qeyd etmək istərdim ki, layihə çərçivəsində British Council-ın Azərbaycan, Kembric, Böyük Britaniya Krallığının Azərbaycan səfirliyinin və digər nüfuzlu beynəlxalq qrumların ingilis dili müəllimləri üçün, həyata keçirdiyi layihələrin Beynəlxalq statuslu təlimçisi Könül  İslamova tərəfindən çox maraqlı interaktiv formada təlimləri tədris edir.

19.02.2025-ci il tarixdə kerçirilmiş dərsdə müəllimlərə CLİL metodologiyasının dərs prossesində tətbiqi ilə bağlı fərdi şəkildə görüşlər təşkil olundu. Müəllimlər onlara keçirilən dərslər zamanı əldə etdikləri bilikləri öz dərslərində necə tətbiq etdiklərini təqdimat şəklində nümayiş etdird

ilər.
Layihənin məqsədi məktəbimizin ingilis dili müəllimlərinin tədris prossesini fərqli metodlarla qurma  yönündə beynəlxalq təcrübə əsaslı bilik və bacarıqlarının artırılması, həmçinin Britishcouncil tərəfindən təqdim olunan sertifikatını ilə müəllimlərin təmin edilməsidir.Layihədə vəzifələrə daxildir:

•           Abşeron-Xızı Regional Təhsil İdarəsi  üzrə 11 ingilis dili müəlliminin seçilərək 3 ay müddətində ayda 50 saatlıq onlayn dərslərə cəlb edilməsi;

#GrantsEduAz #QrantMüsabiqəsi #IXQrant #EduGrants #TəhsildəQrantlar

среда, 28 января 2026 г.

“Fəal öyrənmə: Təşəbbüskar və məsuliyyətli şagirdlər yetişdirmək” qrant layihəsi çərçivəsində açılış mərasimi keçirilib.

Layihə çərçivəsində müasir təhsil yanaşmalarına əsaslanaraq şagirdlərin tədris prosesində fəal iştirakının artırılması və şagirdyönümlü tədris mühitinin gücləndirilməsi məqsədilə müəllimlərin peşəkar inkişafına yönəlmiş xüsusi proqramın icrası nəzərdə tutulur. Bu məqsədlə 4 nəfər pedaqoji heyət üzvünün Cambridge Universitetinin “Develop Your Understanding of Active Learning and How to Apply It in Your Teaching Practice” adlı beynəlxalq onlayn kursunda iştirakı planlaşdırılır. Müəllimlər kurs çərçivəsində fəal öyrənmə prinsiplərini, həmçinin interaktiv dərs modellərini mənimsəyəcəklər.

Qeyd edək ki, "Fəal öyrənmə: Təşəbbüskar və məsuliyyətli şagirdlər yetişdirmək” qrant layihəsi İbrahimova Nigar tərəfindən 287 nömrəli Zəkalar liseyində həyata keçirilir. Layihənin əsas məqsədi fəal öyrənmə yanaşmasının məktəbin tədris prosesinə inteqrasiyası, müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi və şagirdlər üçün daha interaktiv tədris mühitinin formalaşdırılmasıdır.


 #EduGrants #GrantsEduAz #QrantMüsabiqəsi #IXQrant