суббота, 31 декабря 2022 г.

Riyaziyyat və Məntiq Olmiadaları Təliminin uğurlu istiqamətləri


Təqdim edilən layihənin məqsədi 5,6,7 və 8-cı siniflərdə oxuyan xüsusi riyazi təfəkkürə malik şagirdlərin seçilməsi, onlara düzgün istiqamətin göstərilməsi  və riyaziyyat fənninin tədrisinin daha da inkişaf etdirməklə gələcəkdə fənn olimpiadalarında uğurla iştirak edəcək şagirdlərin hazırlığını təmin etməkdir. Bu layihənin çərçivəsində şagirdlər RFO hazırlıq üçün, eyni zamanda Lütfüzadə Məntiq olimpiadasına hazırlıqları üçün olduqca böyük əhəmiyyəti vardır. Məktəbdə yaradılmış Olimpiadalara hazırlıq mərkəzlərində seçilmiş şagirdlərlə riyaziyyat və məntiq  fənləri üzrə xüsusi proqram əsasında hazırlıq məşğələlərinə başlanılıb. Layihə boyunca  həmin şagirdlər üçün bir neçə sınaq imtahanı keçiriləcək və nəticələrə əsasən, RFO olimpiadalarda təmsil edəcək şagirdlər müəyyənləşəcəkdir. Layihə çərçivəsində PİK 2020 MMC-nin peşəkar təlimçiləri işə cəlb olunubdur. Şagirdlərin yetirməməsinin səbəbləri ilk növbədə bu üç dayaqdan asılıdır. Buna görə də layihənin əsas məqsədi belə uşaqlarla işləməyi bacaran müəllim hazırlansın, şagirdlər psixoloji cəhətdən hazırlansın və valideyinlərin mənəvi dəstəyi olsun. Layihə çərçivəsində müəllimlər üçün təlimlər, paralel olaraq şagirdlərlə psixoloji iş və valideynləri yönləndirən sinif rəhbərləri üçün təlimatların aparılması nəzərdə tutulmuşdur. Sevindirici haldır ki, ETİ VI Qrant müsabiqəsinin münsiflər heyəti layihə üçün dövlət vəsaitinin ayrılmasına razılıq vermişdir. Layihə sinif rəhbərləri, müəllimlər üçün “Sinfin idarəolunması” istiqamətində təlim, zəif uşaqlarla isə sadələşdirimiş riyazi metodların öyrədilməsi üçün davamlı olaraq psixoloji işin aparılmasını nəzərdə tutmuşdur.

Qeyd etmək lazımdır ki, layihənin rəhbəri Günel Kazımova  layihəsinin ekspert kimi Ramil Süleymanov, peşəkar təlimçi Tural Quluzadə və Vüsalə Quliyeva  gənc psixoloqu Aynur Məmmədovanı işə cəlb etmişdir. 2022-2023-cü tədris ilinin ilk dörd ayı üçün nəzərdə tutlan layihə Sabunçu rayonu 28 nömrəli məktəbdə öz işinə başlamış və uğurla davam edir. Bu müddət ərzində IX siniflərdə diaqnostik qiymətlədirmə aparılaraq riyaziyyat fənni üzrə zəif nəticə göstərmiş şagirdlərin sayı müəyyənləşdirilmiş, layihənin təntənəli açılış mərasimi keçirilmiş, ekspertlə müəllimlər arasında maarifləndirici görüş keçirilmiş, təlimlərə başlanmışdır. Artıq sinfin idarəolunması modulu üzrə təlimlər başa çatmış, riyaziyyat müəllimləri üçün nəzərdə tutulmuş təlimlər isə bitmək üzrədir.

четверг, 1 декабря 2022 г.

Riyaziyyat öz qalasının qapısını yalnız güclü və cəsarətli insanlara açır.

  


Rəssamlıqda və poeziyada olduğu kimi riyaziyyatın da özünəməxsus gözəlliyi var. (H.E. Jukovskiy)

 

Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsi çərçivəsində Füzuli rayon 50 nömrəli tam orta məktəbdə həyata keçirilən . “Riyaziyyat və məntiq üzrə müsabiqələrə hazırlığın təşkili” layihəsi şagird və valideyinlər tərəfindən olduqca maraqla qarşılanır. Müsahibim layihənin eksperti Beynəlxalq dərəcəli ekspert Ramil Süleymanovdur.

Ramil müəllim bu layihənin önəmli tərəfi nədən ibarətdir?

İlk öncə təşəkkür edirəm. Olimpiada dərslərinin bu cür sistemli və məqsədli şəkildə təşkilinin qısa müddətdə öz müsbət nəticələrini verəcəyinə əminəm. Bu il üçün ən yaxın məqsəd bütün sinfin respublika fənn olimpiadasının final mərhələsinə keçməsi və əksəriyyətinin medal almasıdır. Digər bir məqsəd isə beynəlxalq informatika və riyaziyyat olimpiadalarının (İBMO və EGMO) seçim imtahanlarında uğurlu iştirakdır. Şagirdlərin hamısı bu məqsədlərə nail olmağa iddialıdır. Şagirdlər fərdi olaraq müsabiqədə iştirak edəcək və müsabiqənin final mərhələsinin nəticəsində qaliblər əsasən fərdi olaraq və komanda üzvlərinin nəticələrinin cəminə əsasən müəyyən ediləcək. Bizim iştirak etdiyimiz beynəlxalq olimpiadalarda ölkələrin reytinq cədvəlləri açıqlandığı kimi, müsabiqə nəticələrinə əsasən ölkə üzrə rayon və şəhərlərin reytinq cədvəli müəyyən ediləcəkdir.   Fənn müsabiqələrinin nəticələrinə əsasən fənlər üzrə olimpiadalara hazırlıq sinifləri yaradılacaq, gələn ilin iyun ayında onlarla yay olimpiada məktəbləri təşkil olunacaq və növbəti tədris ilində artıq siniflər fəaliyyətə başlayacaqdır. Fənn müsabiqələrinin birinci mərhələsinin nəticələrinə əsasən rayon (şəhər) yerli təhsili idarəetmə orqanlarının rəhbərliyi tərəfindən həmin rayonu (şəhəri) təmsil edəcək namizəd-şagirdlər seçilməli və onlarla final mərhələyə hazırlıq işləri aparılmalıdır. Bu proses nəticəsində yerlərdə də bir canlanma olacaq və şagirdlərin fənlərə olan marağı daha da artacaqdır. Əlbəttə ki, rayon (şəhər) təhsil şöbələrinin marağında olacaq ki, rayonun ən istedadlılarını həmin müsabiqənin final mərhələsinə göndərsinlər ki, onları layiqincə təmsil edə bilsinlər. Müəyyən edilmiş ilk 10-luğa və ya ilk 20-liyə daxil olan şagirdlərin fənn müəllimlərinə də müxtəlif mükafatlandırmalar nəzərdə tutulmuşdur. Biz bir heyət olaraq bu sahədə çox işlər görmək istəyirik. Respublikanın qabaqcıl müəllimlərinin, təhsil işçilərinin, alim və professorlarımızın da əlbəttə bu işin daha səmərəli qurulması istiqamətində fikir və rəyləri bizim üçün çox vacibdir. Burada başqa bir məsələni də nəzərə çatdırmaq istərdim ki, məqsəd bu şagirdlərin gecə-gündüz sadəcə elmlə məşğul olmaları deyil. Ən əsas hədəfimiz bu uşaqları bir vətəndaş kimi həyata hazır fərdlər kimi, vətənini, xalqını, millətini, bayrağını sevən, milli-mənəvi dəyərlərimizə sadiq şəxsiyyətlər kimi yetişdirməkdir. Onları beynəlxalq olimpiadalarda hansı ölkəni, xalqı, bayrağı təmsil etdiklərini dərindən bilən fərdlər olaraq yetişdirmək istəyirik. Söhbət Azərbaycan dilini bilən, mütaliə qabiliyyəti olan, fikrini sərbəst olaraq çatdıra bilən, tarixini mənimsəyən şagirdlərdən gedir.