Təqdim edilən layihənin məqsədi 5,6,7 və 8-cı siniflərdə oxuyan xüsusi riyazi təfəkkürə malik şagirdlərin seçilməsi, onlara düzgün istiqamətin göstərilməsi və riyaziyyat fənninin tədrisinin daha da inkişaf etdirməklə gələcəkdə fənn olimpiadalarında uğurla iştirak edəcək şagirdlərin hazırlığını təmin etməkdir. Bu layihənin çərçivəsində şagirdlər RFO hazırlıq üçün, eyni zamanda Lütfüzadə Məntiq olimpiadasına hazırlıqları üçün olduqca böyük əhəmiyyəti vardır. Məktəbdə yaradılmış Olimpiadalara hazırlıq mərkəzlərində seçilmiş şagirdlərlə riyaziyyat və məntiq fənləri üzrə xüsusi proqram əsasında hazırlıq məşğələlərinə başlanılıb. Layihə boyunca həmin şagirdlər üçün bir neçə sınaq imtahanı keçiriləcək və nəticələrə əsasən, RFO olimpiadalarda təmsil edəcək şagirdlər müəyyənləşəcəkdir. Layihə çərçivəsində PİK 2020 MMC-nin peşəkar təlimçiləri işə cəlb olunubdur. Şagirdlərin yetirməməsinin səbəbləri ilk növbədə bu üç dayaqdan asılıdır. Buna görə də layihənin əsas məqsədi belə uşaqlarla işləməyi bacaran müəllim hazırlansın, şagirdlər psixoloji cəhətdən hazırlansın və valideyinlərin mənəvi dəstəyi olsun. Layihə çərçivəsində müəllimlər üçün təlimlər, paralel olaraq şagirdlərlə psixoloji iş və valideynləri yönləndirən sinif rəhbərləri üçün təlimatların aparılması nəzərdə tutulmuşdur. Sevindirici haldır ki, ETİ VI Qrant müsabiqəsinin münsiflər heyəti layihə üçün dövlət vəsaitinin ayrılmasına razılıq vermişdir. Layihə sinif rəhbərləri, müəllimlər üçün “Sinfin idarəolunması” istiqamətində təlim, zəif uşaqlarla isə sadələşdirimiş riyazi metodların öyrədilməsi üçün davamlı olaraq psixoloji işin aparılmasını nəzərdə tutmuşdur.
Qeyd etmək lazımdır ki, layihənin rəhbəri Günel Kazımova layihəsinin ekspert kimi Ramil Süleymanov, peşəkar təlimçi Tural Quluzadə və Vüsalə Quliyeva gənc psixoloqu Aynur Məmmədovanı işə cəlb etmişdir. 2022-2023-cü tədris ilinin ilk dörd ayı üçün nəzərdə tutlan layihə Sabunçu rayonu 28 nömrəli məktəbdə öz işinə başlamış və uğurla davam edir. Bu müddət ərzində IX siniflərdə diaqnostik qiymətlədirmə aparılaraq riyaziyyat fənni üzrə zəif nəticə göstərmiş şagirdlərin sayı müəyyənləşdirilmiş, layihənin təntənəli açılış mərasimi keçirilmiş, ekspertlə müəllimlər arasında maarifləndirici görüş keçirilmiş, təlimlərə başlanmışdır. Artıq sinfin idarəolunması modulu üzrə təlimlər başa çatmış, riyaziyyat müəllimləri üçün nəzərdə tutulmuş təlimlər isə bitmək üzrədir.

Комментариев нет:
Отправить комментарий