понедельник, 8 июля 2024 г.

Uğurlu layihə haqqında

 Orta məktəblərdə keçiriləcək teatr dərslərində yaxşı olardı ki, yazarın dövrü, ədəbi mühiti, müasirləri haqqında məlumat verilsin. Məlumdur ki, hər hansı bir görkəmli sənət əsəri müəyyən tarixi şəraitdə yaranır və öz dövrünün xüsusiyyətlərini özündə əks etdirir. Ona görə də dərsdə yaradıcılığının öyrənilməsinə yer verilən sənətkarın, dramaturqun həyatını, ədəbi fəaliyyətini daha dərindən başa düşmək üçün iqtisadi- siyasi, tarixi məlumatları bilmək də mühüm əhəmiyyətə malikdir. Beləcə, məktəb teatrının məktəblilərin təlim və tərbiyəsində, əxlaqi-mənəvi dəyərlərin inkişafında, onların gələcəkdə yetkin bir şəxsiyyət kimi inkişafında rolu əvəzolunmazdır. Teatrın gücü də bundadır. Teatr keşmişi və indini göstərməklə, eyni zamanda bizim nəzərlərimizi gələcəyə də çevirir. Professional teatr, xalq teatrları, dram dərnəkləri kimi məktəb teatrı da eyni ilə bu məqsədi güdür və həmin teatrlarla bərabər ideyalı sənətə, xalqın estetik tərbiyəsinə xidmət etmişdir.

Комментариев нет:

Отправить комментарий