понедельник, 23 декабря 2024 г.

“GreenSchool"intellektualları" layihəsi yekunlaşdı

Xətai rayonu T Bağırov adına 59 saylı tam orta məktəbində Təhsildə inkişaf və innovasiyalar üzrə VIll Qrant müsabiqəsinin qalibi olmuş “GreenSchool"intellektualları" fərdi layihəsinin yekunlaşması ilə bağlı tədbir keçirildi. Tədbirində məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Günay Məmmədova,layihədə iştirak edən müəllimlər ,layihə iştirakçıları ,layihə təlimçisi Elnarə Nərimanova və layihə rəhbəri Hüseynova Ülkər iştirak edirdi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və inavasiyalar üzrə VIll qrant müsabiqəsinin qalibi olan "GreenSchool"intellektualları layihəsində bütün komandalar ekoloji problemlərin həllinə yönəlmiş layihələrinin təqdimatını etdi.Ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirdilər. Layihə rəhbəri Ülkər Hüseynova layihə çərçivəsində görülən işlərdən, layihənin əhəmiyyətindən danışdı. Uğurla həyata keçirdiyini bildirərək, layihəyə dəstək olan, tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi. Qeyd etmək istərdim ki, Bu uğurlu layihənin partnyoru əsas dəstək verci tərəfdaş "Demokratik Gənclər" İB olmuşdur. Demokratik Gənclər İB sədri Ramil Süleymanov və onun ətrafında olan peşəkar komanda bu layihəyə böyük tövhə vermişdir. Bu sözləri layihənin rəhbəri Ülkər Hüseynova bildirmişdir.

четверг, 24 октября 2024 г.

"Mənim Şagird Dostlarım" adlı layihənin açılışı olıdu.

 

23 oktyabr 2024-cü il tarixində Təhsil və Elm Nazirliyinin xətti ilə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsi nominasiyasının qalibi - ibtidai sinif müəllimi, Dürdanə Vəliyevanın "Mənim Şagird Dostlarım" adlı layihənin açılışı oldu.

Layihənin açılışında məktəbin direktoru Sahibə xanım Abbasova, layihənin eksperti Aliyə Əhmədova və Layihənin əsas tərəfdaşı "Demokratik Gənclər" İB -nin sədri təlimçi Ramil Süleymanov çıxış edərək bildirdilər ki, layihənin mövzusu günümüzün  problemləri əks etdirir.  Demokratik Gənclər İB bu layihədə həm monitoriqn xidməti, həmdə qiymətləndirmə prosseslərini icra etmişdir. 


 Layihə rəhbəri bildirdi ki, layihə 1-ci və ikinci sinif şagirdləri, valideynləri və müəllimləri ilə iş aparmaq üzrə qurulub.  Layihənin məqsədi 1-ci sinif şagirdləri arasında “dost şəxsiyyəti formalaşdıran bacarıqlar” fəaliyyətlərinin təşkil edilməsi, onların qısnama və zorakılıq hallarının öhdəsindən “dostcasına” gəlməsi üçün psixo-emosional sağlam formalaşmasına nail olmaq, bununla da,  təhlükəsiz və dəstəklənən mühitdə təhsil almasına şərait yaratmaqdır.

Layihə zamanı ilkin olaraq məktəbin ibtidai sinif şagirdləri arasından 30 şagird müəyyənləşdirildi.

  Bu şagirdləri bundan sonra “şagird dostlar” adlandıracaq.

Layihə komandası uşaq, valideyn və müəllimlərlə işləmək üçün təlim və fəaliyyətlərin proqramı,  ünsiyyət oyunları, plan-qrafiki  və s.müəyyənləşdirib. Məsələn;

3 aylıq layihə müddətində şagirdlər “Hamı belə etsə”, “Hamı belə danışsa”, “Hamı belə davransa” davranış qaydalarına yiyələnəcəklər. Bu zaman onlar yeni davranış formaları əsasında e-təqdimatlar hazırlayaraq sosial səbəkələrdə paylaşacaqlar.

Layihə zamanı qısnama və zorakılıq hallarını önləmək üçün “Şəxsiyyətyönümlü inkişaf” təlimlərinə şagirdləri və valideynlərinin cəlbinin təşkil edilməsi düşünülür.

İrəliləyişlər müşahidə olunduqca, “Şagird Dostlar”ın digər sinif şagirdləri ilə “dəyərlər və inkişaf” məzmununda  müzakirə, görüşlərinin təşkil edilməsi planlaşdırılır. “Hamı belə etsə”, “Hamı belə danışsa”, “Hamı belə davransa” maarifləndirici, təşviqat videolarının “Şagird Dostlar”ın iştirakı ilə hazırlanaraq KİV -də nümayiş olunması planlaşdırılır.

Bütün bunlar və s. işlər birbaşa layihənin vəzifəsi kimi müəyyənləşdirilib.

вторник, 22 октября 2024 г.

Uğurlu layihənin nəticləri


Təhsildə inkişaf və innovasiyalar üzrə 8-cı qrant müsabiqəsi üzrə qalib olmuş “Sağlam Psixologiya-Güclü təhsil” “Layihəsi monitorinqinə “Demokratik Gənclər” İctimai Birliyin sədri Azərbaycanda Təhsil eksperti olan Ramil Süleymanovu bu layihəyə ekspert kimi dəvət etmişdir. Layihə boyunca həyata keçirilən dərslər olduqca maraqlı olmuşdur.Aparılan monitorinq zamanı əldə olunmuş maraqlı nəticələr:

Psixoloji işin məzmunu

Aparılan psixoloji iş zamanı aşağıdakı məqsədlər əsas götürülmüşdür.

-Şagirdlərin diqqət səviyyəsinin öyrənmə tərzini özünüqiymətləndirməsini

müəyyənləşdirmək

-Şagirdləri öyrənmə tərzləri ilə tanış etmək öyrənmə tərzlərinin effektiv üsullarını

araşdırmaq

-Şagirdlərdə özgüvən problemləri və onların aradan qaldırılması yollarını izah

etmək

-Şadirdlərə sinfin qaydalarını və prosedurlarını izah etmək

-Müəllimlərə səriştəli müəllim haqqında maarifləndirmək

-Müəllimlərə temperament tipi haqqında məlumatlandırmaq

-Müəllimlərin temperament tipini müəyyənləşdirmək

-Valideynləri maarifləndirmək və valideynlərin övladları haqqında düşüncələrini

öyrənmək üçün anket sorğu keçirmək

Burdon diqqət’’ testi, öyrənmə tərzlərini müəyyən etmək üçün ‘’Öyrənmə tərzləri,

VAK ‘’ testi , şagirdlərin özgüvəninin səviyyəsini ölçmək üçün’’

Özünüqiymətləndirmə’’ testi keçirilmişdir . Bundan əlavə şagirdlərə ‘’Şagirdlərdə

özgüvən problemləri və onların aradan qaldırılması yolları ‘’, ’’Öyrənmə tərzləri

nədir ?,Bizim üçün hansı öyrənmə tərzi effektivdir’’, ’’Sinfin idarə olunmasında

qayda və prosedurların öyrədilməsi ‘’adlı təlimlər keçirilmişdir

Müəllimlərlə ‘’ Səriştəli müəllim kimdir? . Müəllim və şagird münasibətlərinin

nizama salınmasında müəllimin rolu və temperament tipinin

müəyyənləşdirilməsi’’ adı altına təlim keçirilmişdir.Müəllimlərlə ‘’Temperament

tipinin müəyyənləşməsi ‘’mövzusunda test keçirilmişdir.

среда, 28 августа 2024 г.

Sumqayıtda İlk yardımda - Gənc məsuliyyət layihəsinə yekun vuruldu


 Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin və GİKM-nin Abşeron-Xızı nümayəndəliyinin təşkilati dəstəyi ilə 24 avqust 2024-cü il tarixində Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində Gənclər Fondunun "İdeyanı reallaşdır 2023" gənclərin fərdi layihələri üzrə qrant müsabiqədə qalib olan İlk yardımda - Gənc məsuliyyət layihəsinin sonuncu praktik məşğələsi keçirilib.

Tədbirdə ilkin yardım anlayışlarının gənclərə aşılanması, baş vermiş hadisələr zamanı ilkin yardımın göstərilməsi, təcili tibb yardım briqadasına qədər ilk yardımın göstərilməsilə insan həyatı itkisinin qarşısının alınması istiqamətində praktik məşğələlər keçirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

#AzGF #GenclerFondu #AbşeronXızıGənclərİdman #QAC # GİKM #İlkyardım #Gənclərİdman #AzərbaycanGəncləri #AZEYouth #Seminar

понедельник, 5 августа 2024 г.

Sumqayıtda İlk yardımda - Gənc məsuliyyət layihəsinə start verildi


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin və GİKM-nin Abşeron-Xızı nümayəndəliyinin təşkilati dəstəyi ilə 03 avqust 2024-cü il tarixində Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində Gənclər Fondunun "İdeyanı reallaşdır 2023" gənclərin fərdi layihələri üzrə qrant müsabiqədə qalib olan İlk yardımda - Gənc məsuliyyət layihəsinin təqdimatı və birinci qrup gənclər üçün interaktiv seminar keçirilib. 

Seminarda ilkin yardım anlayışlarının gənclərə aşılanması, baş vermiş hadisələr zamanı ilkin yardımın göstərilməsi, təcili tibb yardım briqadasına qədər ilk yardımın göstərilməsilə insan həyatı itkisinin qarşısının alınması haqqında məlumatlar verilib, interaktiv müzakirələr aparılıb.

Qeyd edək ki, layihənin növbəti mərhələsi cari ilin 11 avqust tarixində təşkil olunacaq.

#AzGF #GenclerFondu #AbşeronXızıGənclərİdman #QAC # GİKM #İlkyardım #Gənclərİdman #AzərbaycanGəncləri #AZEYouth #Seminar

понедельник, 8 июля 2024 г.

Şagird tamaşalarının səhnələşdirilməsi şəxsiyyətijn inkişaf metodu kimi

 

“Bremen musiqiçiləri” tamaşasının ərsəyə gəlməsində teatrın bədii rəhbəri – BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru dosent Sevda Məmmədovanın, quruluşçu rejissor Məzahir Həşimovun, musiqi rəhbəri Ofeliya Axundova və rus mətninin Azərbaycan dilinə tərcüməçisi Aytən Oqtayqızının böyük rolu olub. Tamaşanın “baş qəhrəmanlarını” – məktəb-studiyanın şagird heyətindən ibarət aktyor komandasını ayrıca qeyd etmək lazımdır. Bir-birindən istedadlı və yüksək potensiala malik uşaqlar musiqili əsərin sehrinə qapılaraq olduqca maraqlı iş təqdim ediblər.

 

Məktəb-studiyanın böyük elmi işçisi Şəfəq Hacıyeva bildirib: “Uşaqlar tamaşanın hazırlanması dövründə yetərincə mürəkkəb və güc tələb edən, bəzən də yorucu məşq proseslərində iştirak edirdilər. Lakin buna baxmayaraq, onlar bu yaradıcı işə həvəslə və məsuliyyətlə yanaşırdılar. Müxtəlif obrazları məharətlə canlandırmaq, səhnə davranışı qaydalarını ustalıqla yerinə yetirməklə musiqi nömrələrini əyləncəli, gülüş doğuran şəkildə tamaşaçıya ötürən kiçikyaşlı aktyorlar tamaşaçının zövqünü oxşamağa nail oldular. Əlvan kostyumlar, rəngarəng dekorasiya və işıq effektləri də səhnənin ecazkarlığını artırdı. Yaradıcı iş üçün tələb olunan bütün bu məqamlar “Bremen musiqiçiləri”ndə öz əksini tapdı və tandem yaratdı. Tamaşanın premyerası həm uşaqlar, həm də onların valideynləri və müəllimləri üçün bir bayrama çevrildi”.

Uğurlu layihə haqqında

 Orta məktəblərdə keçiriləcək teatr dərslərində yaxşı olardı ki, yazarın dövrü, ədəbi mühiti, müasirləri haqqında məlumat verilsin. Məlumdur ki, hər hansı bir görkəmli sənət əsəri müəyyən tarixi şəraitdə yaranır və öz dövrünün xüsusiyyətlərini özündə əks etdirir. Ona görə də dərsdə yaradıcılığının öyrənilməsinə yer verilən sənətkarın, dramaturqun həyatını, ədəbi fəaliyyətini daha dərindən başa düşmək üçün iqtisadi- siyasi, tarixi məlumatları bilmək də mühüm əhəmiyyətə malikdir. Beləcə, məktəb teatrının məktəblilərin təlim və tərbiyəsində, əxlaqi-mənəvi dəyərlərin inkişafında, onların gələcəkdə yetkin bir şəxsiyyət kimi inkişafında rolu əvəzolunmazdır. Teatrın gücü də bundadır. Teatr keşmişi və indini göstərməklə, eyni zamanda bizim nəzərlərimizi gələcəyə də çevirir. Professional teatr, xalq teatrları, dram dərnəkləri kimi məktəb teatrı da eyni ilə bu məqsədi güdür və həmin teatrlarla bərabər ideyalı sənətə, xalqın estetik tərbiyəsinə xidmət etmişdir.

понедельник, 5 февраля 2024 г.

"Demokratik Gənclər" İB-nin tərəfdaşlığı ilə Yaradıcı layihə uğurla davam edir.


Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin ""Microbit Makecode+Arduino Elektrik Mühəndisliyi Dərnəyi* layihəsi çərçivəsində və layihə üzrə əsas tərəfdaşımız "Demokratik Gənclər" İB -nin dəstəyi ilə yaradıcı dərslərimiz davam.edir. Şagirdlər böyük sevinclə layihəni dəstəkləyir və bəyənirlər. Təlimin 17 ci günü şagirdlər Ardunio dəstləri ilə öz yaradicı qabiliyyətlərini inkişaf etdirirlər. Dersimiz Led işıqlar. Bu gün qızlarımız olduqca fəaldırlar. Arduino ağıllı sistemlər və layihələr  hazırlamaq üçün nəzərdə tutulmuş proqramlaşdırıla bilən mikrokontrollerdir.  Başqa sözlə desək, Arduino müxtəlif rəqəmsal qurğular, sistemlər yarada biləcəyimiz bir vasitədir. Arduinonu digər bənzər platformalardan fərqləndirən əsas xüsusiyyət onun əsasını təşkil edən komponentlərin və onunla birlikdə işləyən sensorların real həyatda tətbiqinin olmasıdır. Bu səbəbdən Arduino öyrənən şəxslər, şagirdlər və tələbələr əlavə bir qurğu, proqramlaşdırma dili öyrənmədən bir başa real həyatla bağlı layihələr üzərində çalışa bilirlər. Arduino ilə hazırlaya biləcəyiniz layihələr

Arduino ilə hazırlaya biləcəyiniz layihələrin sayı sizin təxəyyülünüz və biliklərnizlə məhdudlaşır. Günümüzdə tədrisdə istifadə olunan tədris robotlarının bir çoxu Arduino kart komponentinin üzərində qurulmuşdur. Arduino ilə hazırlaya biləcəyiniz layihələrdən bəzilərini sizlərə təqdim etmək istərdik:

 

  • İşıqları proqramlaşdırıldığı vaxtda dəyişən İşıqfor
  • Hava qaralan zaman avtomatik yanan və işıqlananda sönən işıqlar
  • Otaqdakı temperaturun səviyyəsinə uyğun olaraq fərqli sayda yanan işıqlar
  • Otaqdakı qaz səviyyəsinin dərəcəsinə görə işləyən Qaz siqnalizasiyası
  • Otaqdakı işıq, qaz, temperatur, nəmişliyi ölçüb ekranda göstərən ağıllı qurğu
  • Maşın yaxınlaşanda qarajın qapısını avtomatik açan ağıllı qurğu
  • Dibçəkdəki torpağın nəm səviyyəsinə uyğun gülləri suvaran avtomatik qurğu
  • Maşını park etmək üçün köməkçi qurğu
  • Uzaqdan idarə olunan maşınlar
  • Labrintə yolu tapa robot
  • Xətt izləyən robotlar
  • Oyun qurğuları və pultları
  • Təhlükəsizlik sistemi
  • Günəş paneli ilə işləyən maşınlar, qurğular
  • Avtomatik idarə oluna robot qollar

 

воскресенье, 4 февраля 2024 г.

"QİRAƏTÇİLƏR KLUBU" LAYİHƏSİ uğurla davam edir

 

“Bədii qiraət sənəti aktyorluqdan bəhrələnir. Qabliyyəti olan və eyni zamanda normal aktyorluq təhsili görən gənclər bu sənətin incəliklərinə yiyələndikdə, çox böyük uğurlar qazana bilir. Burada əvvəlcə danışıq texnikasını, mətn üzərində işi, sözlə işgörmə elementlərini, Azərbaycan dilinin orfoepiya qanunlarını bilmək lazımdır. Hər şeydən qabaq bədənini şüurlu surətdə danışığa hazırlamalısan. Danışıq aparatın da mütləq daim danışığa köklü olmalıdır. Daha sonra təxəyyülün çox ciddi işləməlidir, daxilin zəngin olmalıdır. Eyni zamanda, istedad və qabiliyyət olmalıdır.Gəncə şəhəri 4 nömrəli tam orta məktəbdə qrant layihə icrasına davam edirVII qrant müsabiqəsinin qalib layihələrindən biri olan Qiraətcilər Klubu layihəsinin uğurlu təlimi baş tutdu. Tədbirdə tanınmış yazıçı və şairlər iştirak edirdi. Qeyd edək ki, layihənin rəhbəri Gəncə şəhər 4 nömrəli xarici təmayüllü liseyiin müəllimi Rüqiyyə Abdullayevadır. Layihənin təlimçisi peşəkar təlimçi Aygün Rzayevadır.

пятница, 26 января 2024 г.

"Yeniyetmənin dostu" layihəsi

Keyfiyyətli cinsi və reproduktiv sağlamlıq reproduktiv sistemlə əlaqəli bütün məsələlərlə bağlı fiziki, zehni və sosial rifahın tam təmin edildiyini nəzərdə tutan bir anlayışdır. Cinsi və reproduktiv sağlamlıq hüquqlarının yerində olması insanların müstəqil şəkildə öz cinsi həyatı və sağlamlığı, eləcə də nəsilartırma ilə bağlı qərarlar verə bilmə imkanı və azadlığına sahib olduqlarını göstərir. Hər bir fərdin cinsi və reproduktiv sağlamlığı ilə bağlı öz seçimlərini etmək hüququ vardır və bu fundamental insan haqlarına daxil olan bir hüquqdur. BMT-nin Əhali Fondu Azərbaycan da daxil olmaqla bütün dünyada öz tərəfdaşları ilə birgə ailə planlaşdırılması və cinsi və reproduktiv sağlamlıqla bağlı imkan və seçimlərin, eləcə də xidmətlərin hər kəsə əlçatan olması uğrunda fəaliyyət göstərir.

BMT-nin Əhali Fondu ailə planlaşdırılmasının müasir üsulları, abortdan sonrakı kontrasepsiya, təhlükəsiz analıq, uşaqlıq boynu xərçənginin profilaktikası və s. mövzularda nəzəri və praktiki təlimlərin həyata keçirilməsi ilə səhiyyə xidməti təchizatçılarının potensialının artırılması istiqamətində Azərbaycan hökumətinin səylərinə dəstək verir. Fond Azərbaycanda reproduktiv sağlamlıq haqqında qanunun, eləcə də reproduktiv sağlamlıq və ailə planlaşdırılması strategiyasının və uşaqlıq boynu xərçənginin qarşısının alınmasına dair milli fəaliyyət planının təsdiqlənməsi sahəsində fəal təbliğat işləri aparır.

Humanitar fəaliyyəti çərçivəsində BMT-nin Əhali Fondu MİXP (Minimum İlkin Xidmətlər Paketi) komponentinin fövqəladə hallar üzrə milli fəaliyyət planına inteqrasiyası prosesində və humanitar çağırışlarla üz-üzə olan bölgələrdə çalışan səhiyyə işçilərinin potensialının təlimlər və simulyasiya vasitəsilə inkişaf etdirilməsində aparıcı rol oynayır.Quba rayonunun ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə qizların reproduktiv sağlamliq sahəsində blliklərinin artırılmasına yardımcı olmaqdan ibarətdir. Layihə mövzuları kimi şagirdlərə əsasən:

Reproduktiv sağlamlıq, reproduktiv sağlamlığa təsir edən amillər

 Vaxtından əvvəl cinsi yetşkənlik, cinsi inkişafın gecikməsi, cinsi yolla keçən xəstəliklər, profilaktikası Fiziki, mənəvi və cinsi zorakılıq

Suiqəsd halları və səbəbləri

 Profilaktika tədbirləri. Tədris olunur.

Bu layihə üzrə təlimlərimiz olduqca maraqla davam edir. Hər qrupla 3 saat davam edən təlimin əsas hədəfi qızlarmızda Repreduktiv sağlamlıq sahəsində bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Yeniyetmənin dostu” layihəsi məktəblilər tərəfindən olduqca böyük maraqla qarşılanır.