четверг, 21 декабря 2023 г.

“KHAN ACADEMY İLƏ GƏLƏCƏYİ QUR”


 


Təhsildə inkişaf və innovasiyalar üzrə 7-cı qrant müsabiqəsi üzrə qalib olmuş “KHAN ACADEMY İLƏ GƏLƏCƏYİ QUR” layihəsinin monitorinqinə “Demokratik Gənclər” İctimai Birliyin sədri Azərbaycanda Təhsil eksperti olan Ramil Süleymanovu bu layihəyəekspert kimi dəvət etmişdir. Layihə boyunca həyata keçirilən dərslər olduqca maraqlı olmuşdur.

Şagirdlər tərəfindən yeni biliklərin əldə edkhansi malik olduqları təcrübə və biliklərin əsasında baş verir. Müəllimin burada rolu isə şagirdləri keyfiyyətcə yeni biliklərə aparıb çıxaran, onların yaradıcı təfəkkürünün və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirkhansi üçün düşündürücü fəaliyyəti təşkil etməkdən ibarətdir. Öyrənmə prosesi özü idraki proses olub mənimsəmə (assimilyasiya), uyğunlaşma (akomodasiya) və nizamlama (ekvilibasiya) kimi 3 əsas mərhələdən keçir. Özlüyündə təfəkkürün formalaşması prosesi mürəkkəb, uzunmüddətli və ziddiyyətli bir prosesdir. Yaradıcı təfəkkürün formalaşması isə insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb prosesdir. Belə təfəkkür təlim prosesində, elmi axtarışlar və tədqiqatçılıq fəaliyyəti zamanı meydana çıxır. Belə ki, insan daim təbiətin, cəmiyyətin sirlərinə malik olmağa çalışır, bilik əldə etmək cəhdi onda müxtəlif hisslər doğurur. “Khan Academy” onlayn təhsil platforması, pedaqoqların, şagirdlərin və valideynlərin diqqətini cəlb edərək, sinif daxilində öyrənənlərə əhəmiyyətli təsir göstərmişdir. Onun təsiri bir neçə əsas amildən qaynaqlanır: Əlçatanlıq: Khan Academy


riyaziyyat fənnini, təbiət humanitar elmləri, test hazırlıqlarını geniş əhatə edən pulsuz onlayn təhsil platformasıdır. Bu əlçatanlıq öyrənmə üçün maneələri aradan qaldıraraq, coğrafi mövqeyindən və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, bütün şagirdlərə yüksək keyfiyyətli beynəlxalq təhsil almaq imkanı verir. Bu o deməkdir ki, müəllimlər sinifdə müxtəlif ehtiyaca və qabiliyyətə malik olan şagirdləri dəstəkləmək üçün öz dərs proqramına  Khan  Academy  resurslarını  əlavə  edə  bilərlər. Aztəminatlı ailələrin uşaqları üçün belə bir layihənin mövcudluğunu çox önəmlidir. 

четверг, 26 октября 2023 г.

“Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin açılış mərasimi keçirilib.

Oktyabrın 27-də  Bakı şəhəri Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan “Şagird davranış qaydaları-maarifləndirici animasiya filmləri” layihəsinin açılış mərasimi keçirilib.

Görüşdə məktəbin heyəti, valideynlər və layihənin eksperti Ramil Süleymanov iştirak etmişdir. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri təlim-tərbiyə işləri üzrə direktor müavini  Vəfa Məmmədova layihənin əsas məqsədi, vəzifələrindən danışmış, layihə çərçivəsində görüləcək işlərlə qonaqları tanış etmişdir. Hər hansı bir işin uğurlu nəticəsi onun başlanğıcda effektiv maarifləndirmə işinin aparılmasından asılı olduğunu, maarifləndirmənin isə şagirdlər üçün yalnız sözlə şifahi olaraq deyil, animasiyalı filmlərin köməyilə həyata keçirməyin daha anlaşıqlı və faydalı olacağını, müntəzəm olaraq bu filmlərin məktəblərdə, sosial şəbəkələrdə, təhsil saytlarında və s. nümayiş etdirməklə son illərdə mövcud olan nizamsızlıq və xoşagəlməz halların qarşısının alınacağını,  cəmiyyətdə səliqəli və nizam-intizamlı mühitin formalaşacağını, həmçinin, məktəb nüfuzunun artırılması işinə dəstək verəcəyini vurğulamışdır.