Respublikada “Elektron hökumət”:
mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər.
Müasir dövlət intellektin
təntənəsidir
İlham
Əliyev
Son
illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən
biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması
hesab edilir. “Elektron hökumət” - müasir informasiya texnologiyalarından
istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının
ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici
vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin
göstərilməsinə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi
xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan
“məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və
şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş
tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən
məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Təbii ki,
texniki baxımdan həyata keçirilən bu işlər son nəticədə elektron hökumətin
qurulması, elektron xidmətlərə keçid, elektron həllərin reallaşmasına möhkəm
zəmin yaradır. Müasir inkişafın əsas tələblərindən biri məhz budur. İnsanların
dövlət orqanları ilə elektron əlaqəsinin yaranması, elektron imzadan istifadə etməsi,
digər elektron xidmətlərdən faydalanması zamanın tələbidir. Elektron xidmətlər
vətəndaşın işini asanlaşdırır, onun vaxtdan səmərəli istifadə etməsinə səbəb
olur. Vətəndaş təqaüdə çıxmaq, evini satmaq, telefon çəkdirmək, hansısa dövlət
qurumuna müraciət etmək və bu qəbildən olan digər işlər görmək istəyirsə,
bilavasitə dövlət qurumuna getmək, yaxud kənddən rayon mərkəzinə və ya paytaxta
gəlmək üçün ehtiyac yoxdur. Artıq buna müasir informasiya texnologiyaları
yardımçı olur, vətəndaş elektron hökumət portalına daxil olaraq müvafiq
əməlləri həyata keçirərək öz istəyinə çata bilir. Elektron xidmətlərin tətbiqi
isə məmur-vətəndaş arasında birbaşa təması aradan qaldırır, belə olan halda
bürokratik əngəllərin yaradılması mümkünsüzləşir. Beynəlxalq təcrübəyə əsasən
vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili
üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının
göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “elektron hökumət” portalı
tətbiq edilir. Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq
təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə
2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq
edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il
tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza
yaradılmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görlən
işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər
dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun
yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq elektron imzaların istifadəsi
üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmışdır, dövlət qurumlarının
informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən
infrastruktur qurulmuşdur, “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilmişdir.
Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin
göstərilməsini təmin edə bilirlər. Sözün məhdud
mənasında e-demokratiya bu və ya digər rəsmi qərarlar tələb edən
müvafiq konstitusiya hüquqlarının təmin olunması üçün elektron dəstəyin
istifadə olunmasından ibarətdir. Demokratik institutların gücləndirilməsi və
ictimai , siyasi fəaliyyətdə vətəndaşların iştirakının genişləndirilməsi üçün
informasiya infrastrukturlarının və informasiya-kommunikasiya texnologiyalarının
istifadəsi «elektron demokratiyanın» (e-demokratiyanın) mahiyyətini təşkil
edir. Məhdud və geniş mənalarda elektron demokratiyanı fərqləndirirlər. Sözün
geniş mənasında e-demokratiya anlayışı fikirlərin nəzərə alınması və
vətəndaşlar ilə təşkilatların siyasi münasibətlərə və proseslərə cəlb olunması
deməkdir. Əgər «elektron demokratiya» anlayışının təkamülünü nəzərdən keçirsək,
o zaman onun inkişafı prosesində bir neçə vacib pillələri qeyd etmək mümkündür.
Onlara ilk növbədə, «teledemokratiya» anlayışını şamil etmək lazımdır. Bu
anlayış XX əsrin 60 illərinin sonlarında – 70 illərin əvvəllərində kabel
televiziyası kanallarının meydana çıxması ilə yaranmışdır. Teledemokratiya
elektron demokratiyadan əvvəl gələn forma kimi nəzərdən keçirilə bilər. Teledemokratiyanın
məzmunu televiziya və ya telefonun eyni zamanda istifadə olunması yolu ilə bu
və ya digər siyasi debatlarda vətəndaşların iştirakı imkanını əks
etdirir. Tamaşaçılar televizor vasitəsilə hər hansı bir siyasi
tədbiri müşahidə edərək telefondan istifadə etməklə bu tədbirdə iştirak edə
bilərlər. Teledemokratiyanın məqsədi vətəndaşların siyasi prosesdə birbaşa
iştirakının artımına yardım göstərməkdən və elektron kommunikasiya
vasitələrinin texniki imkanları əsasında struktur islahatları irəli çəkməkdən
ibarətdir. Lakin, 80-ci illərin sonunda televiziyadan və telefondan istifadə
etməklə keçirilən eksperimentlərin demokratiyanın nə yeni formalarına, nə də
vətəndaşların siyasi fəallığının fəallaşdırılmasına gətirib çıxarmadıqları
məlum olmuşdur. Bütün bunlar ilə yanaşı «teledemokratiya» gələcək «elektron
respublikanın» əsasını qoymuşdur. O, 80-ci illərin sonunda Y. Xabermas
tərəfindən işlənib hazırlanmış ictimai sahədə islahatların keçirilməsi
istiqamətlərinin nəzəri əsaslarına istinad etmişdir. O, yaranmış kiber məkanını
aktual ictimai problemlər ilə bağlı sərbəst müzakirələrin məkanı kimi çıxış
edən yeni ictimai sahə kimi, eləcə də, hər bir vətəndaşın nəinki münasibət
bildirdiyi, eləcə də, dinlədildiyi sahə kimi təyin etmişdir. Elmi birlik Ö.
Xabermasın ideyalarına əsaslanaraq vətəndaş cəmiyyətinin
strukturlarının formalaşması proseslərinin və yeni texnologiyaların arasındakı
qarşılıqlı əlaqənin öyrənilməsinə, demokratiya təcrübələrində İnternet
kompyüter şəbəkəsinin və informasiya infrastrukturunun rolu və yerinin təyin
olunmasına yönəlmiş tədqiqatları inkişaf etdirməyə başlamışdır. Kibernetik
məkanın yaradılmasının çərçivələri daxilində elektron demokratiyaya keçid
konsepsiyasında əsas anlayış kimi nəzərdən keçirilən «kiberdemokratiya»
anlayışının meydana çıxması baş verir. 90 illərin əvvəllərində qlobal kompüter
şəbəkəsində bir tərəfdən, dövlət əhəmiyyətli qərarların qəbul olunması
proseslərində inqilabi dəyişiliklər aparmağa qadir olan böyük potensialın
əksini tapması haqqında anlayış yaranmış, digər tərəfdən isə -
«virtual birliklər vətəndaşlara demokratiyanı canlandırmaqda kömək edə
bilərdilər». Bu ərəfədə Q. Reynqoldun təşəkkül tapdığı «virtual
konsepsiyası» konsepsiyası kompüter şəbəkələrinə istinad edir və bu şəbəkələr
demokratik dəyərlərin möhkəmləndirilməsi üçün zəruri sosial kapitalın
yaranmasına yardım göstərən vasitə ola bilər.Kompyüter şəbəkələrinin ictimai
fikrə və məhdud səsverməyə dair sorğuları minimal xərclər ilə və kifayət qədər
sürətlə keçirməyə, yəni, dövlət strukturları tərəfindən qəbul olunan qərarların
işlənib hazırlanmasına vətəndaşların təsirini şəxsləşdirməyə, onların yerinəi
yetirilməsinə nəzarəti həyata keçirməyə və bununla da demokratiyanın əsasverici
meyarlarını realizə etməyə imkan verdikləri məlum olmuşdur. Elektron demokratiya
təşəkkül tapmasının ilkin mərhələlərində bir qayda olaraq, vətəndaşların
hökümətin ictimai baxımdan əhəmiyyətli informasiyasına daxil olmalarını təmin
etməklə, eləcə də, hökümətin bu və ya digər qərarları ilə bağlı səs vermək
imkanını təqdim etməklə məhdudlaşır. Sonrakı təkamül hər iki tərəfin
imkanlarını genişləndirir və vətəndaşlarda istənilən münasib iştirak
səviyyəsini sərbəst şəkildə seçmək imkanının yaranmasında təzahür edir.
Bütün
bunlar ilə yanaşı, vətəndaşların ictimai fəallığının artırılması üçün dövlət
tərəfindən yaradılan «elektron demokratiya» kimi eksperimental layihələr
təcrübədə öz funksiyasını yerinə yetirə bilməmişdirlər. Lakin, onlar
informasiya cəmiyyətinin ideyalarının həyata keçirilməsinə yardımçı olub, ABŞ –
da Milli İnformasiya İnfrastrukturunun Doktrinası (NII) kimi layihələrin və
Avropada oxşar layihələrin inkişafına təkan vermişdirlər və onların həyata
keçirilməsində də dövlət hakimiyyəti orqanlarını, vətəndaşları və biznesi fəal
şəkildə cəlb etmək nəzərdə tutulurdu.Təcrübədən göründüyü kimi, icra
hakimiyyəti orqanları tərəfindən funksiyalarının yerinə yetirilməsi üçün
inforkommunikasiyanın fəaliyyətinə dəstək vermək üçün kiber məkanın sosial
institutu kimi çıxış edən dövlət maraqlıdır. Bu dövlətin
fəaliyyətinin tərkib hissəsi olub, obrazlı olaraq «elektron hakimiyyət»
adlandırılmışdır. EH-nin yaradılmasına əngəllərdən biri də odur ki, prezidentin
23 may 2011-ci il tarixli sərəncamı mərkəzi hakimiyyət orqanını əhatə edir və
orada yerli hakimiyyət orqanlarının və bələdiyyələrin məsuliyyətindən
danışılmır. Dövlət qurumlarının göstərdiyi xidmətlər haqda məlumat verilmir ki,
bu da onların elektron formaya köçürülməsini çətinləşdirir, hər bir idarə üzrə
xidmətlərin göstərilmə prinsipləri müəyyən edilməyib. Elektron xidmətlərin
tətbiqi üzrə vahid mərkəz olmalıdır və bu mərkəz layihənin reallaşması üzrə
vahid siyasət və texnologiyaya malik olmalıdır. Beynəlxalq təşkilatların
dəstəyinə baxmayaraq, Azərbaycanda elektron hökumət işi ləng gedir. Bu,
məmurların kağızdan onlayn münasibətlərə keçməyə psixoloji hazır olmaması ilə
izah olunur.Azərbaycanın beynəlxalq reytinqinə istinad edərək vəziyyətlə razı
olduğunu bildirib. Bu reytinqdə ölkə 53-cü yerdədir. Həmçinin EH-nin tətbiqi
üçün bəzi texniki maneələrin olması, əsasən internetin aşağı sürəti qeyd
olunub. Beynəlxalq təsnifata görə, Azərbaycan ölkə üzrə orta göstəriciyə - 2
mqb/san görə 106-cı yeri tutur. Digər ciddi problem müxtəlif Nazirliklərin tam
qaydada Elektron imzaya keçməməsidir. Bundan başqa daha maraqlı bir şey var.
Azərbaycan vətəndaşının elektron imzaya sahib olması üçün 25 manat ödəməsi
lazım. Bu pul ödəndikdən sonra imzanı taxmaq üçün lazım olan karti isə ayrıca
almalıdır. Bu gün "Elektron hökumət"lə bağlı yazı müsabiqəsi üçün,
vətəndaşların online səs verməsi üçün, Elektron hökumət portalından
qeydiyyatdan keçməlidir. Burda maraqlı tendesiya var. Əgər ev telefonu mənim
adıma deyilsə,mənim ümumazərbaycan pasportum yoxsa, Rabitə nazirliyindən
elektron imza ilə bağlı simsim nömrə almamışamsa o zaman mənim qeydiyyatımda
problemlər yaranır. Əslində Elektron hökumət əhalinin işinin asalanlaşdırılması
deməkdir. Amma bu şəkildə olduğu halda daha da çətinləşir. Hesab edirəm ki,
bunu daha da sadələşdirmək olardı. Portaldan qeydiyyatdan keçərək, online səs
vermək üçün hazırlanan çarxın özündə göstərilmir ki, Sizin adınıza olan sim sim
nömrə Rabitə Nazirliyi tərəfindən verilən və Vergilərdə qeydiyyatdan keçən
nömrə olmalıdır. Mənim dostlarimin Sim sim nömrələri öz adlarına olduğuna
baxmayaraq, orda yazılır ki, bu nömrə Sizin adınıza deyil. Elekron hökumətin
fəlsəfəsi əhalinin rahat olması deməkdir,amma nədənsə Biz əhalini uzun yollarla
getməyə vadar edirik. Digər problem DSMF-nun g&¨stərdiyi elektron
xidmətlərdədir. DSMF-nin saytında fiziki və hüquqi şəxslər üçün
online xidməti hesabat vermək üçün yaradılsa da sistem artıq (yanvar ayından
hazırdır), amma tam hazır deyil. Hələ də köhnə qayda ilə hesabatlar verilir. Bu
da vətəndaşların uzun süründürməçiliyinə gətirib çıxarır. Amma bu mənfi
hallarla yanaşı bu gün müsbət addımlar da var. Elektron xidmətlərin çeşidinin
genişlənməsi şəffaflığın artmasına, vətəndaşların rahatlığına və onların dövlət
qurumlarından istədiyi informasiyaları, məlumatları əldə etməsinə imkan verir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, son illər
aparılmış araşdırmalar e-xidmətlər dövlət qurumları ilə vətəndaşlar arasında
münasibətlərin tənzimlənməsi baxımından ən səmərəli vasitə olduğunu göstərir.
Nazirin fikrincə, e-xidmətlər insanların şikayətlərinin azalmasında da mühüm
rol oynayır. Son altı ayda «Elektron hökumət» portalına 260 mindən çox müraciət
edilib. İstifadəçilərin sayındakı artım paytaxtla yanaşı, bölgələrdə
də müşahidə olunub.E-xidmətlərdən biznes strukturları, sahibkarlar, ictimai
qurumların nümayəndələri, müxtəlif peşə sahibləri ilə bərabər, sadə
vətəndaşların da istifadəsi genişlənir. İnformasiya və kommunikasiya
infrastrukturunun genişlənməsi və mütərəqqi texnologiyalar əsasında
müasirləşdirilməsi ölkədə informasiya cəmiyyətinin inkişafına təkan verir.
İnsanların açıq informasiya əldə etmək hüquqlarının artması dövlət orqanları
ilə təmasları minimuma endirir, bu isə son nəticədə şəffaflığın güclənməsinə
yol açır. Elektron xidmətlər, ümumiyyətlə, İKT-nin son yenilikləri yeni
münasibətlər sisteminin - informasiya cəmiyyətinin yaranması və
formalaşmasının bünövrəsini təşkil edir və cəmiyyətin demokratikləşməsində,
insan hüquqlarının qorunmasında və şəffaflığın təmin olunmasında vacib elementə
çevrilir. Buna görə də Azərbaycan hökuməti milli informasiya məkanının
formalaşması, dünya informasiya məkanına inteqrasiyası, qlobal informasiya
sistemlərinin yaradılması proseslərində fəal iştirak edir. Bu məqsədyönlü
tədbirlər - elektron xidmətlərin göstərilməsinə hazırlıqla bağlı görülən işlər,
«elektron hökumət» quruculuğu ölkəmizdə cəmiyyətin informasiyalaşdırılmasını
təmin etməklə bərabər, Azərbaycanın elektron idarəçiliklə bağlı mövqeyinin və
nüfuzunun beynəlxalq miqyasda yüksəlməsinə səbəb olacaq. Vətəndaşların dövlət
qurumlarından razılığı, şikayətlərin azalması Azərbaycanın şəffaflıq
göstəriciləri ilə bağlı beynəlxalq hesabatlarda mövqeyinə də əhəmiyyətli təsir
göstərir. Məsələn, BMT-nin və bir sıra İKT qurumlarının rəylərində
e-xidmətlərdən istifadənin tətbiqi sayəsində dövlət qurumlarında şəffaflığın
artması qeyd olunur. Göstərilir ki, Azərbaycanın davamlı sosial-iqtisadi
inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında
həyata keçirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarından
istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və bu
sahədə sistemli tədbirlər davam etdirilir. Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi (RİTN) əsas icraçı orqan olaraq elektron hökumət
infrastrukturunun vacib tərkib hissəsi olan informasiya mübadiləsi sisteminin
formalaşmasını uğurla başa çatdırıb. 8 dövlət qurumu artıq bu infrastruktura
qoşulub və onların təqdim etdikləri xidmətlər elektron hökumət portalına
inteqrasiya olunmuşdur. Məsələn, RİTN ilkin mərhələdə telefonların çəkilişi və
digər əlaqəli servis xidmətlərini elektron şəkildə təşkil etmişdir. Hazırlıq
səviyyəsindən asılı olaraq digər dövlət orqanları da tədricən bu sistemə
qoşulacaqlar və göstərilən xidmətlərin sayını getdikcə artıracaqdır. Bu gün
müəllimlərin işə qəbulu elektron şəkildə aparılır. Müəllim electron ərizə
doldurur. Ona lazım olan vakan yeri seçir və imtahan vaxını gözləyir. Daha sonra
imtahan verir və verdiyi gündə artıq növbəti tura keçdiyini bilir. Bu da
korrupsiyanın qarşısını almış olur. Nostrfifikasiya, Xaricdə Təhsil bölmələri
ən azından vətəndaşların süründürməçilik və bu sahədə olan şəfafflığı qorumuş
olur. Tez-tez eşitdiyimiz “Sosial şəbəkə, sosial media” mövzusu gündəlik həyat
tərzimiz kimi məişətimizə də daxil olub. Çox az insan tapılar ki, mobil
telefonlardan, müxtəlif markalı kompyuter və nootbuklardan istifadə etməsin.
Mobil rabitədə 4G texnologiyalı stansiyaların quraşdırılması İKT-nin ən müasir
növü olsa da sonuncu deyil. Bunlar insanların rahatlığını təmin edir.
Deyildiyi
kimi, cəmiyyətin inkişafı və təşəkkülü informasiya texnologiyalarının, konkret
olaraq internetin imkanlarına əsaslanır. Dünyada baş verən sosial-iqtisadi
hadisələr, sosial şəbəkələrdə, bloqlarda, yerləşdirilən informasiyalar hər kəsi
maraqlandırır. Daha doğrusu dəqiq müəllifi bilinməyən, kollektiv bir “məhsul”
olan saytlardan hər kəs istədiyi və özünə lazım olan hissəni götürür. Bu, artıq
ənənəvi haldır. Bu cür interaktivlik sayəsində sosial şəbəkə yazılı və elektron
KİV-ləri bir növ üstələyir. Sosial media inhisarçılıq mühitini dağıdır. Başqa
sözlə, artıq vertikal medianın yerinə horizontal media gəlir. Yəni sosial media
vətəndaş cəmiyyətinin formalaşması üçün başlıca faktorlardan birinə çevrilir.
Artıq insanlar internet-texnologiyaların imkanlarından istifadə edərək bloqlar,
sosial şəbəkələr vasitəsilə təmas qururlar. Məlum olduğu kimi, internetin
fəaliyyəti, hüdudları hər hansı bir ölkə ilə məhdudlaşmır, qlobal xarakter
daşıyır və bütün bəşəriyyətin ümumi sərvətinə çevrilir. İKT-nin inkişafına dair
təşkil olunan beynəlxalq simpozium və konfranslarda müasir cəmiyyətin əsas
özəyi olan internetin qanunauyğunluqları, dəyərləri qiymətləndirilir, yenilənir
və təkmilləşdirilir. İKT-nin daha çox tətbiq olunduğu medianın fəaliyyəti ilə
bağlı digər mühüm problemlərin, informasiya təhlükəsizliyinin, fərdi
məlumatların qorunması isə qanunlarla tənzimlənr.
Azərbaycan
müasir inkişaf yolunu seçib. Ölkə Prezidenti cənab İlham Əliyev 2013-cü ili İKT
ili elan edib və bu, heç də təsadüfi deyil. Son illər İKT-nin inkişafı
sahəsində Azərbaycan böyük uğurlar əldə edib və bu sahədə inkişaf tempinə görə
bir çox inkişaf etmiş ölkələri geridə qoyub. Belə inkişaf nəticəsində 2013-cü
il fevralın 8-də Azərbaycan özünün ilk telekommunikasiya peykini orbitə
çıxarıb.
Dünya
ekspertlərinin qənaətinə görə, İKT sektorundan olan gəlirlər 5 ildə iki dəfə
artır. Ona görə gələcəkdə dünya ÜDM-nin 80 faizini İKT gəlirləri təşkil edəcək.
Qeyd edək ki, son üç ildə Azərbaycanda İKT gəlirləri iki dəfə artaraq dünya
göstəricisini geridə qoymuşdur. Dünyada İKT sektoruna maraq getdikcə
artmaqdadır. Əgər bir neçə il bundan öncə İKT sahəsində dünyanın sadəcə 20-30
faiz şirkəti çalışırdısa, bu gün bunların sayı 50 faizi keçmişdir və həmin
rəqəm getdikcə artmaqdadır.
Dünya
Bankının statistikasına əsasən, ölkələrin inkişafında üç amil xüsusi rol
oynayır - insan faktoru, sənaye və təbii sərvətlər. Dünyanın ən inkişaf etmiş
regionunda insan faktorunun inkişafa təsiri 76 faiz təşkil edir. Ona görə
Azərbaycan Prezidenti İlham Əliyev İKT sektorunu ölkədə ikinci prioritet sahə
elan edib və "Neft faktorunu insan kapitalına çevirək" tezisini irəli
sürüb.
İKT-nin
daha sürətli inkişafı üçün 2012-ci ildə İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək
Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya
Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması üzrə Azərbaycan
Respublikası Prezidentinin sərəncam və fərmanları verilmişdir. İKT məhsul və
xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə
qərar verilmişdir.
Bu
gün Azərbaycan beynəlxalq aləmdə yüksək hörmətə malik olan tərəfdaşa
çevrilmişdir. Heç də təsadüfi deyil ki, Davos İqtisadi Forumunun təşkilatçısı
professor Klaus Şvabla əldə edilən anlaşmaya əsasən, 2013-cü ilin aprel ayında
Azərbaycanda Dünya İqtisadi Forumu keçiriləcəkdir. Bu məsələdə İKT sahəsinin
yüksək inkişafı da öz rolunu oynamışdır. Bu hadisə bir daha təsdiq edir ki,
Azərbaycanın inkişaf modeli beynəlxalq aləmi cəlb edir.
2012-ci
ildə İKT sektorunun gəlirləri Azərbaycanda 18 faiz təşkil edib və bu göstərici
dünya göstəricisindən 2,5 dəfə yüksəkdir. Azərbaycanda "Evlərə
optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksək sürətli,
genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə
hazırlanmışdır və 2013-cü ildə artıq bu layihəyə 103 milyon manat vəsait
ayrılmışdır. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək
rentabellidir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, genişzolaqlı
internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə
çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni 2017-ci ildə inkişaf etmiş
ölkələrin səviyyəsinə bərabər olacaqdır. 2012-ci ildə Azərbaycan 4-cü nəsil
mobil rabitə texnologiyasını tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci
ölkəsi olmuşdur. İndi hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon
sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisinin
100 faizini əhatə etmişdir. İndi mobil abunəçilərin əksəriyyəti həm də sürətli
internet istifadəçisidir.
Azərbaycan
Respublikasının rabitə və informasiya texnologiyaları naziri akademik Əli
Abbasovun verdiyi məlumata görə, "Azərbaycan-2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasına əsasən İKT-nin illik artımı təxminən 18-20 faiz
ətrafında saxlanacaq və qarşıdakı 8 ildə sektorun gəlirləri 8-9 milyard ABŞ
dolları ətrafında olacaqdır. Buna əsasən rəqabət mühitinin
yaxşılaşdırılması, sektora olunan fiskal və monitar güzəştlər, ixrac
potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT
resurslarının və yüksək texnoloji məhsul və xidmətlərin
yaradılması güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın
inkişafı hesabına olacaqdır.
Bakı
şəhəri, 155N-li tam orta məktəbin ibtidai sinif müəllimi
Məmmədova
Vəfa
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin “E-hökumət”lə bağlı elan etdiyi
yazı müsabiqəsinə təqdim etmək üçün
Комментариев нет:
Отправить комментарий